featured-image-50807

Mövsümün sonunda “Səbail” klubundan ayrılan fransalı futbolçu Silven Deland özünə yeni komanda tapıb.

Msport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Kipr çempionatında davam etdirəcək.

Təcrübəli oyunçu “Omoniya” klubuna keçib. Futbolçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Silven Deland “Səbail”ə ötən ilin sentyabr ayında transfer olunmuşdu.

Bənzər xəbərlər