featured-image-46609

Bu gün Azərbaycan Premyer Liqasında XXX tur başa çatacaq.

Msport.az xəbər verir ki, son olaraq daha 2 oyun baş tutacaq.

“Səbail” evdə “Kəpəz”i sınağa çəkəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Tura “Sabah” – “Qarabağ” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 19:00-da çalınacaq.

Azərbaycan Premyer Liqası
14 aprel
30 tur

16:30 “Səbail” – “Kəpəz”

“ASCO Arena” stadionu. Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

19:00 “Sabah” – “Qarabağ”

“Bank Respublika Arena” stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev

Qeyd edək ki, bu turda “Turan Tovuz” “Qəbələ”ni 2:1, “Neftçi” “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə üstələyib. “Sumqayıt” – “Zirə” görüşündə hesab açılmayıb.

Bənzər xəbərlər