"Səbail" millimizin sabiq üzvü ilə anlaşdı - RƏSMİ
I Liqanın iddialı klublarından “Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, “dənizçilər” Sərtan Taşkınla anlaşıb. Onunla 1+1 illik müqavilə imzalanıb.
28 yaşlı cinah müdafiəçisi son olaraq “Serikspor” klubunda çıxış edib.
O, ölkəmizdə “Sumqayıt”, “Turan Tovuz”, “Zirə” və “Keşlə” (indiki “Şamaxı”) komandalarında oynayıb.
Sərtan Azərbaycan millisində 2 oyun keçirib.







