featured-image-28566

I Divizionda XXVI tura start verilib. Msport.az xəbər verir ki, “Turan Tovuz”un ikinci komandası doğma meydanda “Səbail”in əvəzediciləri ilə qarşılaşıb. Matç paytaxt klubunun qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Taleh Qarayev dubl edib.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Səbail-2” 4-cü pilləyə yüksəlib. 38 xalı olan Tovuz təmsilçisi 6-cı yeri tutur. Turnir cədvəlinə 57 xala malik “Araz Naxçıvan” başçılıq edir. “Neftçi-2” 50 xalla 2-ci, “Qəbələ-2” isə 41 xalla 3-cü yeri tutur.

I Divizion
XXVI tur
24 aprel

“Turan Tovuz-2” – “Səbail-2” 0:2
Qol: Taleh Qarayev, 71; 90+3.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 15:00.

25 aprel

“Şamaxı-2” – “İmişli”
Hakimlər: Əli Əliyev, Rasim Axundov, Anar Bədəlov, Səbuhi Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

“Qəbələ-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

26 aprel

“Araz Naxçıvan” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Naxçıvan Muxtar Respublika stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov.
Binə qəsəbə stadionu, 15:00.

Bənzər xəbərlər