featured-image-45826

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçiriləcək.

Msport.az-ın məlumatına görə, qarşılaşmalar Bakıda baş tutacaq.

İlk olaraq “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Paytaxt klubu 37 xalla 6-cı, qonaqlar 35 xalla 7-ci pillədə qərarlaşıb.

Günün digər matçında “Zirə” “Sabah”ın qonağı olacaq. Meydan sahibləri 40 xalla üçüncü, “qartallar” 39 xalla dördüncü sıradadır.

Azərbaycan Premyer Liqası, XXVIII tur

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”

Qeyd edək ki, tura martın 31-də “Sumqayıt” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Kəpəz”i (6:1), “Neftçi” “Qəbələ”ni (1:0) məğlub edib

Bənzər xəbərlər