"Şəfa" bu gün iki oyuna çıxacaq
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirəcək.
Msport.az xəbər verir ki, paytaxt klubu bu gün iki oyuna çıxacaq.
“Şəfa”nın bir heyəti saat 10:30-da başlayacaq ilk görüşdə“Neftçi-2” ilə üz-üzə gələcək. Oyun “Neftçi” Futbol Mərkəzində baş tutacaq.
Komandanın digər heyəti isə saat 11:00-da başlayacaq sınaq matçında “Qarabağ-2” ilə qarşılaşacaq. Görüş “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutacaq.







