"Şəfa"dan bir gündə iki oyun
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.
Msport.az xəbər verir ki, paytaxt klubu bir gün ərzində iki oyuna çıxıb.
İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Komandanın qollarını Elmir Tağıyev və Elnur Cəfərov vurub.
Paralel keçirilən digər yoxlama matçında “Şəfa” “Qarabağ-2”-ni 3:0 hesabı ilə məğlub edib. Nahid Əliyev, Musa Queli və Nihad Quliyev qolların müəllifi olublar.
Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçirib.
Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.







