"Şəfa" və "Zirə"dən vacib qələbə
Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Msport.az xəbər verir ki, “Qəbələ” öz meydanında debütant “Şəfa”ya uduzub – 0:1. qəbul edib. Bu paytaxt klubunun Premyer Liqaya yüksəldiksən sonra ilk qələbəsi olub.
Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Azərbaycan Premyer Liqası, II tur
22 avqust (şənbə)
20:45. “Zirə” – “İmişli” – 3:1
Qollar: Eren Aydın, 43 (1:0), Ruan Renato, 80 (2:0), Dioqo Almeyda, (2:1), David Volkov, 90+6 (3:1)
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qəbələ” – “Şəfa” – 0:1
Qol: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
“Neftçi” – “Araz-Naxçıvan”
Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları təxirə salınıb. “Sabah” Çempionlar Liqası, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə bu tur meydana çıxmayacaq.







