featured-image-957

“Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik”.

Msport.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “Rəqib ilk “4-lük”dədir və sərgilədiyi oyun göz önündədir. Biz də məğlub olmaq istəmirdik. İlk hissədə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə, ikinci yarının əvvəlində qolu tez buraxdıq. Bundan sonra oyun aqressivləşdi və 10 nəfərlə qaldıq. 40 dəqiqə “Qəbələ”yə qarşı azlıqda oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər. Səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq”.

Qurbanov qarşılaşmanı idarə edən Fərid Hacıyevin gənc referi olduğunu xatırladıb: “Biz də istəyirik ki, referilərimiz inkişaf etsinlər. Amma ikinci hissədə cərimələr və vərəqələr bizim komandanın əleyhinə verilirdi. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. “Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm. Xırda “foul”lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə, referi nəticəyə təsir edib”.

Bənzər xəbərlər