featured-image-49927

İsrailin “Makkabi” (Hayfa) klubunun futbolçusu Abdulaye Sek “Sabah”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarını buraxa bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli “israelhayom.co.il” nəşri məlumat yayıb.

Hayfa təmsilçisinin aparıcı üzvü Abdulaye Sek istirahət zamanı zədələnib və hazırda Seneqalda müalicə olunur.

Onun ən azı bir həftə də vətənində qalacağı gözlənilir. Yaxın vaxtlarda İsrail klubunun nümayəndələrindən biri ona baş çəkmək üçün Seneqala yollanacaq və yalnız bundan sonra Sekin geri qayıdıb-qayıtmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Bənzər xəbərlər