featured-image-49965

“Zirə”nin Avropa Liqasının I Təsnifat mərhələsindəki ilk oyununun hakimi bəlli olub.

Msport.az xəbər verir ki, iyulun 11-də baş tutacaq “Şerif” – “Zirə” matçını İsveçrədən olan hakimlər idarə edəcək.

Moldovada keçiriləcək görüşdə Alessandro Dudiç fit çalacaq. 35 yaşlı referi 2018-ci ildə İsveçrə birinci liqasında debüt edib. O, UEFA Gənclər Liqasında 2, Konfrans Liqasında 1, gənc və yeniyetmə futbolçular arasında Avropa çempionatlarının seçmə mərhələlərində 5 oyun idarə edib.

Qeyd edək ki, “Şerif” İdman Kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Liv Bona Dea Arena”da baş tutacaq. Matç saat 20:00-da start götürəcək.

Bənzər xəbərlər