Sərxan Hacıyev: “Santuşun getməsi hazırda gündəmdə deyil"
“Fernandu Santuşun getməsi hazırda gündəmdə deyil”.
Msport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuşun postundan gedəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Hazırda Fernandu Santuş AFFA rəsmiləri ilə birlikdə dünya çempionatının püşkatma mərasimimdədir. Bir sözlə, Santuş hazırda işinin başındadır”.
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.