Şeydayev oynadı, komandası qalib gəldi
Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” səfərdə “Nefteximik”in qonağı olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra “Soçi” 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.







