featured-image-48730

Azərbaycanlı futbolçu Ramil Şeydayevin “Kocaelispor”da ümidləri doğrultmayıb.

Msport.az xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə bilər.

Klub Azərbaycan millisinin hücumçusuna 2 milyon avro transfer qiyməti qoyub. Qışda “Buriram”dan (Tailand) İzmit təmsilçisinə keçən Ramilin komandanın ən bahalı futbolçusu olduğu bildirilib. Ödənilən məbləğ qarşılığında arzulonan oyunu nümayiş etdirməyən Şeydayev də “Kocaelispor”u tərk etməyin əleyhinə deyil. Həmyerlimiz yerli mətbuatın və azarkeşlərin ciddi tənqidi ilə üzləşib.

Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən “Kocaelispor” Superliqaya yüksəlmək vəzifəninin öhdəsindən gələ bilməyib. Komanda pley-offda “Çorum”a uduzub.

Bənzər xəbərlər