featured-image-49656

II Liqanın ən çox tamaşaçı toplayan oyunu I tura təsadüf edib.

Msport.az xəbər verir ki, “Sheki City” ilə “Dinamo” arasında görüşdə 1100 izləyici olub. “Lerik” – “Qusar” matçında 900, “Cəbrayıl” – “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.

II Liqanın 182 oyunundan 6-sı texniki nəticə ilə yekunlaşıb. Digər 176 matçı 24092 tamaşaçı izləyib. Ev oyunlarındakı orta seyrçi sayında Şəki təmsilçisi liderdir. “Ağdaş” bu göstəricidə ikincidir. İlk “üçlüy”ü “Şəmkir” qapayıb.

 

1 Sheki City 13 5950 458
2 Ağdaş 12 2780 232
3 Şəmkir 12 2182 182
4 Kürmük Qax 13 2260 174
5 Lerik 13 2100 162
6 Kür-Araz 13 1945 150
7 Göygöl 11 1345 122
8 Cəbrayıl 13 1465 113
9 Şəfa 13 995 77
10 Dinamo 12 820 68
11 Baku Sportinq 13 810 62
12 Füzuli 13 670 52
13 Şahdağ Qusar 12 405 34
14 Qusar 13 365 28
176 24092 137

 

Bənzər xəbərlər