Slovakiya millisi Bakıya 27 futbolçu ilə gələcək
Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupunda oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.
Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkrinyar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Ondrey Duda, Laslo Benes, Tomaş Riqo, Patrik Qroşovski, Matuş Bero, Kristian Herts;
Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.
Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.