featured-image-14781

Yunanıstan mətbuatı bu gün keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunundan öncə qonaqların müdafiəçisi Sokratis Papastatopulosun vaxtilə Ağdam klubuna qol vurduğunu xatırlayıb.

Msport.az “fosonline.gr”yə istinadən xəbər verir ki, yazı “Sokratisin Bakıdan xatirələri” adlanır:

“Sokratis Papastatopulos Bakıda “Qarabağ”a qarşı oynamasını xoş xatirələrlə yada salır. Yunanıstanlı müdafiəçi “Arsenal”da çıxış edərkən “Qarabağ”la üz-üzə gəlib.

2018-ci ilin 4 oktyabrında “Arsenal” Avropa Liqasında Azərbaycan komandasına 3:0 hesabı ilə qalib gəlmişdi. Sokratis 4-cü dəqiqədə London klubunu ilk qolunu vurmuşdu. Fərq ondadır ki, həmin görüş “Tofiq Bəhramov”da deyil, Bakı Olimpiya stadionunda olmuşdu.

Lakin bu axşam 34 yaşlı futbolçunun start heyətində meydana çıxacağı dəqiq deyil. Miçel dəyişikliklər etmək niyyətindədir və yəqin ki, bu, təcrübəli müdafiəçiyə də aid olacaq. Qarşıda PAOK-la oyun olduğundan ispaniiyalı mütəxəssis bəzi futbolçularını həmin matça qorumaq istəyir. Sokratis ehtiyat oyunçular skamiyasında qala bilər.

Bənzər xəbərlər