SON DƏQİQƏ: Elvin Cəfərquliyev "Tvente" ilə oyunları buraxacaq
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off matçlarında komandasına kömək edə bilməyəcək.
Msport.az xəbər verir ki, müdafiəçi Kiyev “Dinamo”su ilə Bakıdakı cavab oyunda zədələnib.
Aparılan tibbi müayinələr nəticəsində Cəfərquliyevin ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Onun bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, “Tvente” ilə ilk oyun avqustun 20-də, Enshededəki “De Qrolsch Veste” stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 27-də Bakıda olacaq.







