featured-image-55115

Milli komandamızın hücumçusu Mahir Emreli “Nürnberq” klubunun düşərgəsində məşq zomanı komanda yoldaşı ilə mübahisə edib. Msport.az “Bild”ə istinadən xəbər verir ki, həmyerlimizin komanda yoldaşı Yannik Hofmann və Finn Elçlə sözü çəp gəlib.

Finnlə mübahisə yüngül söz dueli ilə yekunlaşıb. Hofmannla ikili mübarizədən sonra isə Mahir sərt oyuna görə komanda yoldaşına iradını bildirib.  Bundan sonra əsəbləşən Hofmann Emrelinin çox deyindiyini və sızladığını bildirib. Yannik ingilis dilində sərt ifadələr işlədərək qışqırmağa başlayıb.

Baş məşqçinin köməkçisi Ceremi Polenz Almaniya mətbuatında məsələyə aydınlıq gətirib: “Belə emosiyaların olması pis şey deyil. Şifahi mübahisəələrin olması normaldır”.

“Nürnberq” sabah Almaniya II Bundesliqasında “səfərdə “Hannover96” ilə qarşılaşacaq.  Qeyd edək ki, mətbuat konfransında baş məşqçi Miroslav Kloze Mahiri start heyətində oynada biləcəyini vurğulamışdı.

Bənzər xəbərlər