featured-image-54574

“Nefçi”də gözlənilməz ayrılıq baş verib. Msport.az xəbər verir ki, klubun idman direktoru Yens Anderssonla müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib.

İsveçli mütəxəssis 2023-cü ilin sentyabrından paytaxt klubunda fəaliyyətə başlamışdı. Onunla 2 illik müqavilə bağlanmışdı. İlk dövrlərdə “Neftçi” rəhbərliyi Anderssonun Akademiyada islahatlar aparacağı, orada işləri yenidən quracağını bəyan edirdi.

Deyilənə görə, isveçli funksionerin baş məşqçi Roman Qriqorçukla da münasibətləri yaxşı deyildi.

Yaxın saatlarda “Neftçi”nin bu xəbəri rəsmən açıqlayacağı gözlənilir.

Xatırladaq ki, Andersson bunadək ölkəsində “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk” (2013), Danimarkanın “Orxus” (2014-2016) klublarında və İsveç millisində (2022-2023) idman direktoru vəzifəsində çalışıb.

 

Bənzər xəbərlər