SON DƏQİQƏ: "Qarabağ" Kaşuku transfer etdi
“Qarabağ” növbəti transferini reallaşdırıb. Msport.az xəbər verir ki, Ağdam klubu vaxtilə “Sabah”da çıxış etmiş Anatoli Kaşuku heyətinə qatıb.
24 yaşlı futbolçunun son klubu “Şaxtyor” olsa da, o, bu komandada möhkəmlənə bilməyib.
Ukraynalı vinger 2022-2023-cü illərdə Azərbaycanda “Sabah” komandasının şərəfini qoruyub.