featured-image-83181

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmanın düşərgəsini tərk edib.

Msport.az xəbər verir ki, hücumçu yaxın saatlarda Madriddə şəxsi təyyarəsinə minərək Səudiyyə Ərəbistanına yollanacaq.

Portuqaliya komandası sabah Millətlər Liqası çərçivəsində səfərdə Danimarka ilə qarşılaşacaq.

Bir müddət əvvəl ulduz futbolçunun millinin məşqini yarımçıq tərk etməsinə dair xəbər yayılmışdı.

Portuqaliyanın baş məşqçisi Jorje Jezuş heç bir konfliktin olmadığını desə də, o, Ronaldunun Danimarla ilə matçda olmayacağını istisna etməmişdi.

Bənzər xəbərlər