featured-image-67681

Dünən gecə nə qədər isti olsa da, azərbaycanlı azarkeşlər rahat yata bildilər. Təsadüfi deyil, “Qarabağ”dan sonra meydana çıxan daha iki klubumuz – “Araz Naxçıvan” və “Sabah” UEFA Konfrans Liqasında qələbə qazandılar. “Sabah”ın Moldovada “Petrokub” qarşısında favorit olacağı öncədən bəlli idi, naxçıvanlıların bəxtinə isə olduqca ciddi rəqib düşmüşdü.

“Aris”də 6 mövsüm La Liqada “Betis”də oynamış Loren Moron, “Barselona”, “Roma” kimi klublarda çıxış etmiş Karles Peres, transfer qiyməti 6 milyon avro olan Monçu kimi futbolçular mübarizə aparırdı. 27 yaşlı Peres ötən mövsüm “Xetafe” forması ilə  La Liqada 27 matçda forma geyinib. Yarımmüdafiəçi Uroş Raçiç İspaniya Primerosunda 59, A seriyasında is 22 görüşdə meydana çıxıb.

…Və stadionu, bazası, avtobusu olmayan “Araz Naxçıvan” dünən belə bir rəqibi çaş-baş qoydu.

Etiraf etmək lazımdr ki, Elmar Baxşıyev əla kollektiv formalaşdırıb. Maraqlıdr ki, Baxşıyev “Qəbələ” ilə Azərbaycan kubokunu qazanıb, Naxçıvan təmslçisini Avropaya çıxarsa da, heç yerdə onun piarı getmir. Halbuki bir çox həmkarları haqqında arxı hoppanmamış qalaq-qalaq yazılar, statuslar paylaşılır. Düzdür, “Araz Naxçıvan” avrokuboklardan əvvəl yaxşı transferlər etdi – Patrik Andrade, Simakala, Hamidu Keyta kimi futbolçuları gətirməyə xeyli pul xərclədi. Amma dəfələrlə görmüşük ki, pul hələ hər şeyi həll etmək demək deyil. Məsələn, transferlərlərə milyonlarlar xərcləyən “Neftçi” avrokuboklara vəsiqə qazana bilmədi.

“Araz Naxçıvan”çox kiçik kadr-inzibati heyətə malik olan klublardandır. Bir neçə vəzifənin öhdəsindən bir adam gəlməli olur. Əsas odur ki, işi vicdanla yerinə yetirəsən, belə olanda nəticə də gəlir.

Bəlkə də Elmar Baxşıyevin komandası “Aris”i keçə bilmədi, cavab oyununda məğlub oldu. Amma əminəm ki, “Araz Naxçıvan” gələn mövsüm Azərbaycan Premyer Liqasında ən ciddi, güclü rəqiblərdən biri olacaq. Klubun qeyri-rəsmi prezidenti Zaur Axundovun iddialı olması, uğur qazanmaq üçün bəzən bütün radikal yollara əl atması öz nəticəsini verir.  Kadrlardan söhbət düşmüşkən, Eldəniz Yusifovu unutmaq olmaz. Klubun demək olar ki, bütün işlərində onun imzası var. Oyun günü Yusifovu stadionun hər yerində görmək mümkündür: qonaq gəlir maşını içəri buraxmırlar, mühafizə ona zəng edir, futbolçunun həyat yoldaşı sərin su almaq istəyir onun nömrəsini axtarır, həkimə buz lazımdırsa, yenə yoldaş Yusifov…

Sonda ümid edək ki, “Araz”ın nə vaxtsa, Naxşıvanda müasir standartlara cvab verən stadionu, bazası olacaq və komandanın avrokubok matçlarına zor-bəla min azarkeş yığmaq lazım olmayacaq. Bütün Naxçıvan “Araz”ı artıq öz doğması biləcək və 10 minlik  stadionu doldurub komandalarını dəstəkləyəcəklər.

 

 

Bənzər xəbərlər