"Stadionun qazonu da çox pis vəziyyətdə idi" - "Olimpiakos"un müdafiəçisi
“Qarabağ” – “Olimpiakos” oyunundan sonra qonaqların müdafiəçisi Sokratis Papastatopulos açıqlama verib.
Msport.az “novassports”a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Tofiq Bəhramov adına stadionun qazonunun vəziyyətindən narazı qalıb:
“Avropa Liqasında qələbə qazana bilmədiyimiz bu qədər oyundan sonra əvvəlcə qapımızın toxunuımazlığını qoruyub saxlamaq istəyirdik. Sonra imkan olarsa fərqlənək. Bizim üstünlüyə yiyələndiyimiz anlar da oldu, ilk 20 dəqiqədəki kimi yaxşı oynamadığımız vaxt da. Bu cür gərgin dönəmdən sonra uğur qazandıq və yaxşı bir iş görürük. Biz səbirli olmalıyıq və futbolçular var-gücləri ilə mübarizə aparmalıdırlar.
Bu gün bəzən müdafiədə daha çox oynamalı olurduq. Stadionun qazonu da çox pis vəziyyətdə idi. Hakim də ikinci hissədə bir neçə dəfə cərimə zərbəsi və sarı vərəqəni heç bir səbəb olmadan verdi. Məncə, 0:0 ədalətli nəticə idi.