featured-image-47885

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Msport.az-ın məlumatına görə, bu, Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris 2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq baxımından son şans olacaq.

Ötən gün yarımfinalda məğlub olan 35 yaşlı güləşçi, bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınlardan ibarət yığmanın digər üzvləri – Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq, uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü – Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

Bənzər xəbərlər