featured-image-46220

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Msport.az xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər xalça üzərinə çıxacaqlar.

Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulacaq.

Qadın güləşi

50 kq
Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayacaq. İkiqat dünya, 11 qat Avropa çempionunun rəqibi əvvəlki mərhələlərdə dəqiqləşəcək.

53 kq
Elnurə Məmmədova təsnifat mərhələsində xalçaya çıxacaq. O, Veronika Ryabovolova (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

57 kq
Jalə Əliyeva mübarizəyə 1/4 finaldan start verəcək. Onun ilk rəqibi öncəki mərhələlərdə bəlli olacaq.

62 kq
Birgül Soltanova təsnifat mərhələsini adlamalıdır. Onun ilk rəqibi Amelin Duarre (Fransa) olacaq.

68 kq
Elis Manolova da təsnifat mərhələsindən yarışa başlayacaq. Avropa çempionumuz Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək.

Bənzər xəbərlər