featured-image-50879

“Sumqayıt”ın futbolçusu Kamran Əliyev komandadan ayrılıb.

Msport.az xəbər verir ki, “kimyaçılar”la müqaviləsinin müddəti başa çatan U-21 millimizin sabiq üzvünün yeni klubu da bəlli olub.

25 yaşlı vinger “SKA-Xabarovsk”a keçib. Bu barədə Rusiya I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kamran Əliyev 2021/22 mövsümündə məhz “SKA-Xabarovsk”da çıxış edib. 2023-cü ilin yayında Tula “Arsenal”ından “Sumqayıt”a transfer olunan futbolçu “gənclik şəhəri” təmsilçisinin heyətində 50 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər