“Sumqayıt”da braziliyalı müdafiəçi - RƏSMİ
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” son klubu Portuqaliyanın “Famalikao” klubu olan Renan Santana ilə güclənib. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsi “Sumqayıt”da 5 nömrəli formanı geyinəcək.







