featured-image-79839
2026/27 mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polissya” klubu ilə transfer anlaşması əldə edib.
Msport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaq.
Ötən mövsüm “Sumqayıt”ın heyətində 14 oyuna çıxan Emil Mustafayev 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Sumqayıt”ın hələ ki baş məşqçi postu boşdur.

Bənzər xəbərlər