featured-image-50257

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

YAP Sumqayıt təşkilatının təmsilçısı Cəmilə Fəyyaz Msport.az-a bildirib ki, layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihəyə Sumqayıtda yerləşən məktəb və liseylərdən 100-dən çox şagird qatılacaq.

“2014-cü ildən keçirilən layihə artıq 1000-dən çox məktəblini seminarlara cəlb edib. Məqsəd yeniyetmələri futbola cəlb etmək, uşaqlar arasında futbolun təbliği, onların tətil günlərində səmərəli istirahətini təşkili etməkdir”, – deyə Cəmilə Fəyyaz vurğulayıb.

Bənzər xəbərlər