“Sumqayıt”ın bütün kapitanları legionerlər oldu
“Sumqayıt” klubununrəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.
Msport.az xəbər verir ki toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub.
Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Qeyd edək ki, hər üç futbolçu əcnəbidir. Azərbaycan millisinə cəlb olunan Höccət Haqverdi legioner statusunda olmasa da, o, iranlıdır.







