"Sumqayıt"ın daha bir futbolçusuna qırmızı vərəqə gösrərilməli idi" - Hakimlər Komitəsinin sədri - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının I turunda baş verən mübahisəli qərarları şərh edib.
Msport.az xəbər verir ki, o, “Sumqayıt” – “Neftçi” oyununda Səbuhi Abdullazadə ilə yanaşı, Nadir Orucova da qırmızı vərəqə göstərilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, həmin epizodda oyunun baş hakimi Kamal Umudlu meydan sahiblərinin futbolçusuna sarı vərəqə göstərib. “Sumqayıt” – “Neftçi” matçının VAR hakimi isə Kamranbəy Rəhimov olub.







