"Sumqayıt" klubunda yeni təyinat
“Sumqayıt” Futbol Akademiyasına yeni direktor təyin olunub.
Msport.az xəbər verir ki, “Səbail” klubunun baş məşqçi postundan ayrılan Adil Şükürov bundan sonra “Sumqayıt”da çalışacaq.
48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” komandalarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib







