"Sumqayıt"la oyun yaxşı imtahan oldu" - Baş məşqçi
“Konfrans Liqasında uğurlu startdan sonra ölkə çempionatının ilk oyunu üçün həyəcanlıyıq”.
Msport.az xəbər verir ki, bunu “Fehervar”ın baş məşqçisi Tamaş Pete Macarıstan çempionatında “Keşemet”lə görüşdən əvvəl deyib.
O, Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la oyunun yaxşı sınaq olduğunu bildirib: “Sumqayıt”la yaxşı imtahan oldu. İndi bizi “Keçsmeket”lə çətin oyun gözləyir. Güclü rəqiblə qarşılaşacağıq və azarkeşlərin görüşdən zövq alacağına ümid edirəm. Yarızarafatla deyim ki, Azərbaycandan geridönüş səfərimizdən daha qısa oldu. Amma yenə arxada uzun yolçuluq var. Futbolçuların 100 faiz hazır olduğunu və çempionatı böyük motivasiya ilə gözlədiklərini qeyd edə bilərəm”.
Qeyd edək ki, “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələn “Fehervar” bu gün Macarıstan OTP Bank Liqasında ilk oyununu keçirəcək. “Keçskemet”lə qarşılaşma saat 20:50-da start götürəcək.