featured-image-49375

“Sumqayıt” klubu legioneri Abu Dosso ilə yolları ayırıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin müddəti başa çatıb.

Rəhbərlik Kot d’İvuardan olan futbolçu ilə yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən “Sumqayıt”ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçı olmaqla ümumilikdə 32 oyunda iştirak edib. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər