featured-image-49433

“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Oktavio Manteka ilə başa çatan icarə müddətini uzatmayıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt” kollekticinə icarə əsasında keçmişdi. O. Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb.

Bənzər xəbərlər