“Sumqayıt” oyununa nə qədər bilet satılıb?
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” (Macarıstan) qarşılaşmasına 1500 bilet satılıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, görüş iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletlərin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.