"Sumqayıt" Ramalinqomu yenidən Azərbaycana gətirdi - RƏSMİ
“Sumqayıt” növbəti transferini reallaşdırıb. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi vaxtilə “Səbail”də çıxış etmiş Aleksandr Ramalinqomla müqavilə bağlayıb.
32 yaşlı hücumçu ilə anlaşma 1+1 il müddətinə nəzərdə tutulub. Madaqaskarlı forvard yeni komandasında 9 nömrəli formada çıxış edəcək.
Ramalinqon son olaraq İsrailin “Bney Saxnin ” komandasının formasını geyinib.