featured-image-81401

“Sumqayıt” 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirir.

Msport.az xəbər verir ki, “kimyaçılar” yarımmüdafiəçi Ronaldo Vaskez ilə müqaviləni 1+1 il şərti ilə yeniləyib.

Qeyd edək ki, 2025-ci ildən “Sumqayıt”da çıxış edən Ronaldo Vaskez 46 oyunda meydana çıxıb. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər