featured-image-52000

Türkiyə Superliqasının debütantı “Bodrumspor” U-21 millimizin və “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə ilə maraqlanır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Bodrum təmsilçisi 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İddiaya görə, oyunçu özü də karyerasını qardaş ölkədə davam etdirmək niyyətindədir.

Tərəflər arasında danışıqlar davam etdiyi bildirilib.

Bənzər xəbərlər