featured-image-79360

Türkiyə Superliqasına vəsiqə qazanan “Çorum” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin transferində israrını davam etdirir.

Msport.az xəbər verir ki, adıçəkilən klub rəhbərliyi qarşı tərəflə rəsmi danışıqlara başlayıb.

Superliqada möhkəmlənməyi hədəfləyən çorumlular buna uyğun heyət qurmaq niyyətindədirlər. Rəhbərlik Yankoviçin orta sahədə komandaya liderlik edəcəyinə inanır. Monteneqrolu futbolçunun beynəlxalq təcrübəsi klub rəhbərliyini transferə həvəsləndirir. 30 yaşlı oyunçu ötən mövsüm Çempionlar Liqasında keçirdiyi 9 oyunda 1 qol, 2 assistlə yadda qalıb.

Hazırda klublar arasında rəsmi danışıqlar davam edir. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsə, transfer yaxın müddətdə həyata keçəcək.

Qeyd edək ki, Marko Yankoviçin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər