featured-image-43719

İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin Kuboku başa çatıb.

Msport.az-ın məlumatına görə, Azərbaycan millisi G2 kateqoriyalı yarışda 2 medala sahib olub.

Millinin heyətində Taleh Süleymanov (87 kq) gümüş medala yiyələnib. Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafatla bitirib.

Qeyd edək ki, analoji yarış fevralın 20-də parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.

Bənzər xəbərlər