featured-image-82159

Braziliyalı futbolçu Anderson Taliska “Fənərbağça” ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Taliska 2025-ci ilin yanvarından “Fənərbağça”da çıxış edirdi. O, Türkiyə klubuna Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından keçmişdi.

Braziliyalı futbolçu ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Taliska bu ilin fevralında “Fənərbağça” ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzatmışdı.

Bənzər xəbərlər