Tanınmış futbolçunun qardaşı "Şamaxı"da
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Msport.az-a verilən məlumata görə, bölgə təmsilçisi belçikalı hücumçu Conatan Bentekeni heyətinə qatıb.
34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Conatan Benteke son olaraq Lüksemburqun “Union Titus Petanj” klubunda çıxış edib. O, Belçika millisi və İngiltərənin “Liverpul” klubunun sabiq hücumçusu Kristian Bentekenin qardaşıdır.