featured-image-788

“Oyuna çox yaxşı başladıq. Qol imkanımız oldu. Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, məğlubiyyətdən razı qala bilmərik. Bu gün meydanda əsl komanda gördük”.

Msport.az xəbər verir ki,  bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin qol vurduğu epizoddan öncə cərimə zərbəsi olduğunu bildirib: “Hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi”.

66 yaşlı baş məşqçinin sözlərinə görə, bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar: “Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Ona görə Almeydanı qeyd etdim. Həmçinin Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Bu futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, görüşdə pozitiv məqamlar gördüm”.

De Byazi “Qarabağ”ın hücumameylli yarımmüdafiəçisi Rüstəm Əhmədzadəni texniki səbəbdən iştirak ərizəsinə salmadığını vurğulayıb.

Bənzər xəbərlər