Təcrübəli baş məşqçi Bundesliqa klubundan ayrılır - RƏSMİ
“Frayburq”un baş məşqçisi Kristian Ştrayx mövsümün sonunda klubdan ayrılacaq.
Msport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Ştrayx 1995-ci ildən 2011-ci ilə qədər “Frayburq”un gənclər və U-19 komandalarında baş məşqçi olub. 2007-ci ildə əsas komandanın köməkçi məşqçisi olan çalışdırıcı 2012-ci ildən baş məşqçi postuna təyin edilib.
Qeyd edək ki, “Frayburq” Bundesliqanın son turunda “Bayer 04″ə 2:3 hesabı ilə məğlub olub. Komanda hazırda Almaniya çempionatında 33 xalla 9-cu yerdədir.