featured-image-50043

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının ilkin mərhələnin B qrupundakı oyunlarının hakim təyinatları açıqlanıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA “Football School Bridge” (Gürcüstan) ilə görüşə monteneqrolu, “Qothenburq”la (İsveç) matça isə moldovalı baş hakimi təyin edib.

Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

28 iyun

19:00“Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro).
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).
Dördüncü hakim: Robertas Valikonis (Litva).

1 iyul
19:00.“Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakimMiloş Boşkoviç (Monteneqro).

Bənzər xəbərlər