featured-image-36771

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin tərcüməçisi Belçika millisinin futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevinir.

Msport.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis “SKY Sport” telekanalına açıqlamasında bildirib:

“Düşünürəm ki, Lukaku UEFA Avro-2024-ün seçmə mərhələsi üçün əsas heyətdə meydanda olacaq. Mənim tərcüməçim “Roma”nın böyük azarkeşidir. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər