featured-image-48391

İspaniyanın “Real” klubunun və Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını başa vurur.

Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə instaqram hesabında bildirib.

Təcrübəli oyunçu ölkəsindəki Avropa çempionatından sonra futbolla vidalaşacağını vurğulayıb.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən Madrid klubunda çıxış edir. 2014-cü ildə yığması ilə dünya çempionatının qalibi olan futbolçu “kral-klubu” ilə 21 titul qazanıb.

Bənzər xəbərlər