featured-image-81244

Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” Türkiyə 1-ci liqasında yeni mövsümün ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, Bursa təmsilçisi səfərdə “Bodrumspor”la qarşılaşıb.

Oyun “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində – komandası 2:0 öndə olarkən meydana daxil olub. Bu, Toralın “Bursaspor”da ilk rəsmi oyunu olub.

Qeyd edək ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib.

Bənzər xəbərlər